Venesiyada giriş haqqı artırıldı: Turistlər ikiqat ödəyəcək
Venesiyaya son anda səfər edən turistlər üçün giriş haqqı ötən ilki 5 avrodan 10 avroya qaldırılacaq.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bundan əlavə, giriş haqqının tətbiq edildiyi günlərin sayı da artırılıb. Yeni qaydalara əsasən, ödəniş 18 aprel – 4 may tarixlərində və daha sonra mayın sonundan iyulun sonuna qədər hər cümə, şənbə və bazar günləri tələb olunacaq.
Giriş haqqı səhər saat 08:30-dan 16:00-a qədər şəhərdə qalan, lakin gecələməyən turistlərdən alınacaq. Əvvəlcədən bilet rezervasiya edənlər üçün məbləğ 5 avroya endiriləcək.
Qiymət Mahir
tag: Dünya,Venesiya,Turist,Bahalaşma,todaypress.az,