Vens Aİ-ni sərt tənqid etdi: “Avropada demokratiyaya inam çökür”
“İnsanlar daha az miqrasiya istəyir, siyasətçilər isə onları daha çox miqrasiya ilə “mükafatlandırır”.
TodayPress xəbər verir ki, bu fikirləri ABŞ vitse-prezidenti Ceyms Devid Vens “UnHerd” portalına müsahibəsində bildirib.
O deyib ki, Avropa İttifaqının miqrasiya və iqtisadi siyasəti vətəndaşların real tələblərinə cavab vermir və bu, qərb demokratiyasına inamı sarsıdır:
“Qərbin demokratik layihəsi iflasa uğrayır. İnsanlar açıq şəkildə daha az miqrasiya istəyirlər, amma liderlər daha çox miqrasiya ilə cavab verirlər” deyə o bildirib.
O, Aİ siyasətində “kor nöqtələr”in olduğunu qeyd edərək, yuxarıdan tətbiq edilən açıq sərhəd siyasətini “zəhərli” adlandırıb. Vensin fikrincə, bu, xalqla siyasi elita arasında uçurumu dərinləşdirir.
ABŞ vitse-prezidenti, həmçinin, Avropa ölkələrinin əksəriyyətində güclü ordu olmamasını da təhlükə kimi dəyərləndirib:
“Britaniyalılar, fransızlar və polyaklar istisnadır. Amma bu istisnalar ümumi qaydanı təsdiqləyir: Avropa liderləri təhlükəsizlik sahəsinə ciddi şəkildə yetərsiz sərmayə yatırırlar” deyə o vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ,Aİ,Ceyms David Vens,Miqrasiya,todaypress.az,