Vens: “Bayden Ukrayna üçün aydın strategiya hazırlamamışdı”

Dünya

04.03.2025 14:13

1016

“ABŞ-nin keçmiş Prezidenti Cozef Baydenin administrasiyası Ukrayna məsələsində aydın və konkret strategiya müəyyən etməmişdi”. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox”a müsahibəsində bildirib. 

O, qeyd edib ki, Baydenin rəhbərlik etdiyi administrasiyanın əsas məqsədi Ukraynaya silah göndərmək və Kiyevin bu mübarizədə qalib gələcəyinə ümid etmək idi. 

"O zaman administrasiya rəsmiləri ilə şəxsi şəkildə danışıb, onların planı haqqında soruşsanız, dürüstcə deyərdilər ki, sadəcə mümkün qədər çox silah göndərəcəyik və ümid edirik ki, nəticədə onlar vəziyyəti dəyişə bilərlər” deyə vurğulayıb. 

Vitse-prezident əlavə edib ki, Ukraynanın qələbəsinə ümid etmək strategiya deyil.

O, həmçinin Baydenin administrasiyasının milyonlarla dolları boşa sərf etdiyini bir daha qeyd edib. 

Qiymət Mahir

tag: Tramp,Ceyms Devid Vens,Ukrayna,ABŞ,Todaypress.az,