Vens “ən təhlükəli şəxs” seçildi
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Avropaya qarşı sərt mövqeyinə görə Vaşinqton daxilində “ən təhlükəli şəxs” kimi qiymətləndirilir.
TodayPress xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti hökumət mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, yüksək rütbəli amerikalı diplomatlar Vensin Avropa İttifaqına (Aİ) qarşı artan narazılığını təhlükə kimi görür:
“Bəzi diplomatik çevrələrdə hesab edirlər ki, aqressiv ritorikası və Avropaya olan dərin narazılığı səbəbindən Ceyms Devid Vens Ağ Evdəki ən təhlükəli adamdır”.
“The Daily Star” yazıb ki, bu mövqe Vensin Ağ Ev rəsmilərinin “Signal” messencerindəki gizli yazışmalarında daha aydın şəkildə üzə çıxıb.
Qiymət Mahir
tag: ABŞ,Vitse-Prezident,Ceyms Devid Vens,Avropa,Todaypress.az,