Vens: "Ukrayna münaqişəsi tez bitməyəcək"

Dünya

02.05.2025 12:10

11

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə bitəcəyinə inanmır.

TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

O bildirib ki, ABŞ-nin əsas məqsədi indi Rusiya və Ukraynanı sülh üçün kompromisə gəlməyə təşviq etməkdir.

Vens deyib ki, artıq hər iki tərəf bir-birinin sülh şərtlərini bilir və münaqişəyə son qoymaq onların öz qərarı olmalıdır.

Vitse-prezident həmçinin Donald Trampın Ukrayna siyasətini müdafiə edib və qeyd edib ki, minlərlə əsgərin həyatı bir neçə kilometr ərazi uğrunda qurban verilməməlidir.

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Ukrayna,Vens,todaypress.az,