Vens: “Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti iqtisadi tərəfdaşlıqdır”

Dünya

04.03.2025 12:53

1934

“Ukrayna ilə iqtisadi tərəfdaşlıq onun təhlükəsizliyini təmin etmək üçün əsgər yerləşdirməkdən daha effektiv üsuldur”. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsində bildirib.

“Ukraynanın təhlükəsizliyi üçün ən yaxşı zəmanət ABŞ-nin bu ölkədə iqtisadi perspektivlərə malik olmasıdır. Bu, 30-40 ildir döyüşlərdə iştirak etməmiş hər hansı təsadüfi ölkədən 20 min əsgər göndərməkdən daha effektivdir” deyə Vens vurğulayıb.

O əlavə edib ki, Ukraynanın bərpası və ABŞ-nin bu ölkədə uzunmüddətli maraqlarının təmin edilməsi həm təhlükəsizlik, həm də iqtisadi zəmanət rolunu oynayacaq. 

Qiymət Mahir

tag: Ceyms Devid Vens,Ukrayna,ABŞ,İqtisadiyyat,Todaypress.az,