Vensə qarşı etiraz aksiyası keçirildi
ABŞ-nin Vermont ştatında yüzlərlə insan etiraz aksiyası keçirərək, ölkənin vitse-prezidenti Ceyms Devid Vansın bölgəyə səfərinə qarşı çıxıb. Aksiya Vansın ailəsi ilə birlikdə Vermontun Uorren şəhərindəki “Sugarbush” xizək kurortuna gəlişi zamanı baş verib.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Etirazçılar yarım mil uzunluğunda bir sıra təşkil edərək Ukraynaya dəstək ifadə edən plakatlar nümayiş etdiriblər. Aksiya iştirakçıları Vansı “nasist tullantısı”, “xain” adlandırıb və ona “Rusiyada xizək sürməyi” məsləhət görüblər. Digər plakatlarda isə “Tramp Putinə xidmət edir”, “Teokratiya azadlıq deyil”, “Ukraynaya dəstək olaq” kimi şüarlar yer alıb.
Bəzi etirazçılar Vans ailəsinin xizək sürdüyü yamaclara qədər gediblər, lakin onların ailəyə nə qədər yaxınlaşdığı dəqiq bilinmir.
Qiymət Mahir
tag: ABŞ,Etiraz,Aksiya,Vens,Ukrayna,todaypress.az,