Vətəndaşlar Kanada və Qrenlandiyanın birləşdirilməsinə qarşıdır
ABŞ vətəndaşlarının əhəmiyyətli hissəsi Kanada və Qrenlandiyanın ölkəyə birləşdirilməsinə qarşı çıxır.
TodayPress xəbər verir ki, bu nəticə “Yahoo News” və “YouGov” ictimai rəy sorğu institutunun 20–24 mart tarixlərində keçirdiyi birgə sorğunun nəticələrində əks olunub.
Respondentlərin 57 faizi Kanadanın ABŞ-yə birləşdirilməsinə qarşı olduğunu bildirib.
Qrenlandiyanın birləşdirilməsinə isə 49 faiz etiraz edib.
Bu ideyanı qətiyyətlə dəstəkləyənlərin sayı isə müvafiq olaraq 17 və 19 faiz təşkil edib.
Sorğuda iştirak edənlərin 26–32 faizi hələ də fikrini müəyyənləşdirməyib.
Bununla belə, ABŞ vətəndaşlarının 69 faizi Kanada sakinlərinə müsbət münasibət bəslədiklərini, 13 faizi isə mənfi yanaşdıqlarını qeyd edib.
Sorğuda 1700-dən çox ABŞ vətəndaşı iştirak edib.
Qiymət Mahir
tag: ABŞ,Sorğu,Kanada,Qrenlandiya,Todaypress.az,