Vitse-spiker: "Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var"

Dünya

28.04.2025 23:10

13

"Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində maraqlı bir ölkə olaraq regionda təhlükəsizliyi təmin etmək potensialı var"

TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

"Yeni seçilmiş prezident Bakıya və İrəvana səfər etdi, nümayəndə heyəti müəyyən məsələləri müzakirə etdi o cümlədən Gürcüstanın neytral oyunçu, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində və problemlərin həllində maraqlı ölkə kimi təhlükəsizliyi təmin etmək potensialı bir daha vurğulandı ki, bu da xüsusilə vacibdir” Volski deyib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Ermənistana ilk rəsmi səfərə gedib. Kavelaşvilinin Ermənistan prezidenti, baş naziri və katolikosu ilə görüşləri planlaşdırılıb.

tag: Gürcüstan, Ermənistan, Azərbaycan, Vitse-Prezident, Təhlükəsizlik, todaypress.az,