“Volkswagen” Almaniya üçün hərbi texnika istehsal edə bilər
Almaniyanın “Volkswagen” avtomobil konserni
Avropanın müdafiə ehtiyaclarının artması fonunda bundesver üçün hərbi texnika
istehsalı imkanını nəzərdən keçirir.
TodayPress xarici mediaya istinadən xəbər verir
ki, “Volkswagen Group”un baş direktoru Oliver Blüme qeyd edib ki, şirkət rəsmi
sorğu almayıb, lakin belə layihələri nəzərdən keçirməyə hazırdır.
O, bunu Donald Trampın rəhbərlik etdiyi ABŞ-nin Avropaya
hərbi dəstəyi azalda və ya tamamilə dayandıra biləcəyi ilə bağlı narahatlığı
səbəbindən Almaniyanın elan etdiyi yenidən silahlanma fonunda deyib. Bu isə
“Rheinmetall” və “KNDS Group” şirkətlərinin avtomobil ehtiyat hissələri
istehsalı zavodlarını hərbi texnika istehsalı üçün yenidən təchiz etməyə
başlamasına səbəb olub.
tag: ABŞ,Tramp, Avropa, Silahlanma,todaypress.az,