“Volkswagen” istehsalı azaldır
Alman avtomobil istehsalçısı “Volkswagen” istehsal gücünü azaltmaq qərarına gəlib. Bu addım iş yerlərinin qorunmasını təmin edən bir kompromisin tərkib hissəsidir.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Məlumata görə, razılaşma çərçivəsində 2030-cu ilə qədər zavodların bağlanmasının və işçilərin ixtisarının qarşısı alınacaq.
Şirkətin maliyyə direktoru Arno Antlitz yalnız rəqabətqabiliyyətli zavodlara sərmayə qoyulacağını bildirib. “Volkswagen” illik istehsalını 1,5 milyon avtomobildən 750 min avtomobilə endirəcək.
Ötən il Almaniya zavodlarında 900 min avtomobil istehsal olunub. “Volkswagen” zavodlarını açıq saxlamağı planlaşdırsa da, 35 min işçinin ixtisarı gözlənilir. Bu, əsasən erkən təqaüd və könüllü istefa proqramları vasitəsilə həyata keçiriləcək.
Qiymət Mahir
tag: Volkswagen,Şirkət,Avtomobil,İstehsal,Todaypress.az,