"Volkswagen"də ixtisarlar davam edir - Səbəb açıqlandı
2024-cü ilin nəticələrinə əsasən, Almaniyanın "Volkswagen" avtokonserninin mənfəətində azalma qeydə alınsa da, səhmdarlarına dividendlər ödəyəcək.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Şirkət 2024-cü il üçün hər bir imtiyazlı səhmə görə 6,36 avro məbləğində dividend təklif edib ki, bu da əvvəlki ildə ödənilən 9,06 avrodan aşağıdır. Bu isə dekabrda elan edilmiş əsas iş və potensial ixtisarlardan sonra davam edən xərclərin azaldılması səylərini əks etdirir” nəşr qeyd edir.
2024-cü ildə "Volkswagen"in əməliyyat mənfəəti 15% azalaraq 324 milyard avro gəlirlə 19,1 milyard avroya düşüb. 2025-ci ildə "Volkswagen" əməliyyat mənfəətinin 2024-cü ildəki 5,9%-lə müqayisədə 5,5-6,5% arasında olacağı gözlənilir.
Həmçinin, 2024-cü ilin payızında "Volkswagen"in bir neçə fabrikinin bağlanacağı açıqlanmışdı. "Jefferies" analitik mərkəzinə görə, bu, 15 min iş yerinin ixtisarına yol açacaq.
Töhfə Səməd
tag: Volkswagen,Şirkət,Avtomobil,İstehsal,İxtisar,Todaypress.az,