Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər

Dünya

30.04.2025 23:00

12

Rusiya prezidenti Vladimir Putin şəhər sakinlərinin əksəriyyətinin qərar verəcəyi təqdirdə Volqoqradın adının Stalinqrad adlandırılacağını istisna etməyib.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Bu barədə sakinlər qərar verəcək, gəlin fikirləşək, sakinlərdən soruşmaq lazımdır” deyə Putin bildirib.

Bir gün əvvəl Putin Volqoqrad hava limanının adının dəyişdirilərək “Stalinqrad” olması təşəbbüsünü dəstəkləmişdi.

tag: Putin, Stalinqrad, Volqoqrad,Şəhər, todaypress.az,