Volqoqradda baş verən yanğında bir qadın və iki uşaq öldü
Rusiyanın Volqoqrad şəhərində mənzildə
yanğın baş verib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin
Volqoqrad vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.
Yanğın nəticəsində 3 nəfər həyatını itirib, onlardan biri
qadın, ikisi isə uşaqdır. Daha bir uşaq ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib.
Məlumata görə, yanğın Qeroyev Tula küçəsində yerləşən
binanın mənzillərindən birində qeydə alınıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
tag: Rusiya, Volqoqrad, istintaq, Yanğın, Ölüm, todaypress.az,