Volts: “Vaşinqton Ukrayna məsələsini həll etməyə tələsir”

Dünya

18.02.2025 19:20

1732

“ABŞ Ukrayna probleminin müvəqqəti deyil, qəti şəkildə həll olunmasına yönəlib və bu istiqamətdə sürətlə hərəkət etməyə çalışır”.

TodayPress “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts Rusiyanın nümayəndə heyəti ilə Ər-Riyadda keçirilən danışıqlardan sonra bildirib. 

“Müvəqqəti həll yolu yox, müharibəyə son qoymaq istəyirik” deyə Volts vurğulayıb. 

O, həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna böhranını aradan qaldırmaq üçün “çox sürətli” addımlar atmaq niyyətində olduğunu qeyd edib.

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Mayk Volts,Tramp,todaypress.az,