Vuçiç ABŞ görüşlərini ləğv etdi
Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ-də səfərdə olarkən səhhətində problem yaranıb və bütün görüşlərini ləğv edərək təcili şəkildə Belqrada qayıtmaq qərarı verib.
TodayPress xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası “RTS” məlumat yayıb.
Bildirilib ki, Vuçiçin səfər zamanı səhhəti pisləşib və ona tibbi yardım göstərilib. Həkimlərlə məsləhətləşmədən sonra o, ABŞ-ni vaxtından əvvəl tərk edib.
Vuçiçin ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılsa da, yalnız bir neçə konqresmen və Nyu-Yorkun sabiq meri Rudi Culiani ilə görüşə bilib.
Qiymət Mahir
tag: Vuçiç,ABŞ,Sebiya,Tramp,todaypress.az,