Vuçiç: "Dünyanı yeni siyasi nizam gözləyir"

Dünya

09.03.2025 17:00

1134

Serbiya prezidenti Aleksandar Vuçiç 2025-ci ilin sonuna qədər dünyada yeni siyasi və iqtisadi nizamın formalaşacağını və ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin daha da mürəkkəbləşəcəyini deyib.

TodayPress xəbər verir ki, bu barədə "Tanjuq" agentliyi məlumat yayıb.  

"Bu dəyişiklikləri artıq qəzet məqalələrində və televiziyada görmək olar, lakin onlar hələ reallıqda özünü göstərməyib. Yalnız pul fərqli şəkildə bölüşdürülməyə başlayanda - və bu, bu ilin sonunda və sonrakı illərdə baş verəcək - yeni siyasi, iqtisadi və sosial nizam yaranacaq. Buna görə də mən əminəm ki, Vaşinqton və Brüssel arasında sürtüşmə daha da artacaq, xüsusən də Trampın Brüsselə münasibətini yaxşı adlandırmaq olmaz. Digər tərəfdən, Rusiya hərbi münaqişəyə son qoymağın vacibliyini dərk edir, ona görə də Kursk və Sumi vilayətlərində daha ciddi hücuma keçib" deyə o bildirib.

Ukrayna münaqişəsi kontekstində Aleksandr Vuçiç bir daha Belqradın anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməkdə davam etdiyini vurğulayıb. 

Töhfə Səməd 

tag: Serbiya ,Aleksandar Vuçiç,Avropa,ABŞ ,Tramp,Rusiya,todaypress.az,