Vuçiç xəstəxanadan evə buraxıldı
Serbiya prezidenti Aleksandar Vuçiç tibb müəssisəsini tərk edərək yaxın günlər üçün bütün planlarını ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini və maliyyə naziri Sinişa Mali Serbiyanın Radio və Televiziyasına deyib.
Bildirilib ki, o, sağalanda özü ictimaiyyətə müraciət edəcək.
"O, saat 17:00-dan sonra Hərbi Tibb Akademiyasını tərk edib. Onunla danışdım - deyir ki, özünü daha yaxşı hiss edir. Prezident özünü daha yaxşı hiss edir. O, bunun Serbiyanın bütün vətəndaşlarına çatdırılmasını xahiş edib. Gəlin ona bir neçə gün istirahət verək. Ona istirahət rejimi təyin olunduğu üçün növbəti bir neçə gün ərzində bütün fəaliyyətlərini ləğv edib" deyə o bildirib.
tag: Vuçiç,Serbiya,Xəstəxana,todaypress.az,