Vuçiçdən sərt çağırış: “Qanun və nizam bərpa edilməlidir”

Dünya

13.04.2025 17:40

14

Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə genişlənən etiraz aksiyaları fonunda prokurorluq və digər dövlət orqanlarını qanun və nizamın bərpası üçün hərəkətə keçməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “RIA” məlumat yayıb.

Aprelin 13-nə keçən gecə “Xalq və Dövlət uğrunda” adlı qeyri-partiya hərəkatının təşəbbüsü ilə keçirilən mitinqdə çıxış edən Vuçiç son beş ayda ölkə vətəndaşlarının “terror və qorxuya” təslim olduğunu bildirib. Etirazların əsas səbəbi isə Novi Sad şəhərində dəmir yolu vağzalında baş vermiş tikinti qəzası olub.

“Prokurorluq başda olmaqla bütün səlahiyyətli qurumlar Konstitusiya çərçivəsində sülh və sabitliyi təmin etməlidir” deyə prezident vurğulayıb.

O əlavə edib ki, dövlət başçısı və hökumət məhkəmə sisteminin fəaliyyətinə birbaşa müdaxilə edə bilməz. Lakin buna baxmayaraq, o, təhsil müəssisələrinin etirazçılar tərəfindən blokadasına son qoyulmasını, onların vətəndaşlara qaytarılmasını prioritet məsələ kimi dəyərləndirib.

Vuçiç həmçinin Serbiya dövlət yayımçısı “Radio və Televiziya Serbiya” üzərində nəzarətin bərpasını vacib məsələ kimi önə çəkib.

Prezidentin sözlərinə görə, etirazlar zamanı baş verən “vandal hücumların” iştirakçıları müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır. O, xüsusilə dinc aksiyalar zamanı vətəndaşlara hücum edən şəxsləri nəzərdə tutduğunu qeyd edib.

Qeyd edək ki, Serbiya parlamenti tələbə aksiyaları zamanı dövlətə dəyən ziyanın ilkin qiymətləndirilməsini açıqlayıb.

Qiymət Mahir

tag: Serbiya,Vuçiç,Etiraz,Tələbə,todaypress.az,