Vyetnamda doğum nisbəti aşağı düşdü

Dünya

03.03.2025 15:45

1065

Vyetnam Səhiyyə Nazirliyi ölkədə doğum nisbəti az olduğuna görə, iki uşaqlı ailə siyasətindəki məcburiyyətləri aradan qaldırmağı nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə “Vyetnam Xəbər Agentliyi” məlumat yayıb. 

Nazirlik, cütlüklərə uşaqlarının sayını və vaxtını müəyyənləşdirmək imkanının verilməsini və doğum nisbətindəki regional fərqlilikləri aradan qaldırmağı təklif edib. 

Qeyd edək ki, Vyetnamın doğum nisbəti 2024-cü ildə rekord aşağı səviyyəyə düşərək hər qadın başına 1.91 uşağa enib. Bu, ardıcıl üçüncü ildir ki, əvəzləmə səviyyəsindən aşağıdır. 

Vyetnam Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Vyetnam Əhali İdarəsi bildirib ki, ölkənin cari doğum nisbəti 2.0 uşağa yaxın olan regional orta göstəricidən aşağıdır.

Töhfə Səməd

tag: Vyetnam ,Səhiyyə,Doğum nisbəti,Uşaq,todaypress.az,