Vyetnamın qəhvə ixracı gəliri artdı
Vyetnamın qəhvə ixracından əldə etdiyi gəlir 2025-ci ilin ilk iki ayında 26,2 faiz artıb. Buna baxmayaraq, ixrac həcmi 28,4 faiz azalıb.
TodayPress xəbər verir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hesabat dövründə ölkə 284 min ton qəhvə ixrac edərək 1,58 milyard ABŞ dolları gəlir əldə edib. Qəhvə sənayesinin bu uğuruna əsas təsir edən amillərdən biri dünya bazarında ixrac qiymətlərinin yüksəlməsi olub.
Yanvar və fevral aylarında qəhvənin orta ixrac qiyməti 1 ton üçün 5 574,5 dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 76,3 faiz çoxdur.
Nazirlik bildirib ki, Vyetnam bu il qəhvə ixracından ümumilikdə 6 milyard dollar gəlir əldə etməyi hədəfləyir.
Qiymət Mahir
tag: Vyetnam,Qəhvə,Gəlir,Artış,Todaypress.az,