Walla: ABŞ Yəməndəki hücumlar barədə İsraili əvvəlcədən məlumatlandırıb
ABŞ Yəməndəki hücumlar barədə İsraili əvvəlcədən məlumatlandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Walla” xəbər portalı israilli rəsmiyə istinadən bildirib.
Bildirilib, İsrail hücumlardan öncə məlumatlandırılmış az sayda ölkələrdən biri olub.
Öz növbəsində, Livanın “Al Mayadeen” televiziya kanalı İsrail təyyarələrinin Yəmənə hücumlarda iştirak etdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-nin Yəmənə endirdiyi zərbələrdə azı 31 nəfər həlak olub, 101 nəfər yaralanıb.
Töhfə Səməd
tag: ABŞ ,Yəmən,İsrail,Livan,Hücum,todaypress.az,