Wired: İlon Mask səbəbindən bölünmə yaşanır
ABŞ Prezidenti Donald Trampın komandasında İlon Maskın hərəkətləri səbəbindən fikir ayrılığı yaranıb.
TodayPress xəbər verir ki, bu barədə “Wired” nəşri məlumat yayıb.
Bəzi administrasiya üzvləri Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın vəziyyətə müdaxilə edəcəyinə ümid edirlər. Digərləri isə tərəfdarları arasında mümkün parçalanmadan narahatdır.
“Bu, müəyyən bir anda münaqişəyə səbəb ola bilər. O, öz üzərinə çox şey götürür” deyə Tramp tərəfdarlarından biri deyib.
Məlumata görə, Trampın komandası Mask və onun yeni yaradılmış ABŞ Hökumətinin Effektivliyinin Artırılması Departamenti tərəfindən hakimiyyətin sürətlə ələ keçirilməsinə necə reaksiya verəcəyini bilmir. Tramp vəzifəyə gəldikdən cəmi bir neçə həftə sonra Mask və onun komandası bir neçə federal qurumu nəzarətə götürüb, gənc mühəndislər isə “həssas məlumatlara” malik dövlət sistemlərinə çıxış əldə ediblər.
Tramp prezident postunu tutduqdan sonra Maskı hökumətin səmərəliliyini artırmaq məqsədilə yaradılan yeni departamentin – DOGE (Department of Government Effectiveness) rəhbəri təyin edib. Qurumun əməkdaşları artıq ABŞ Təhsil Departamentində yoxlamalara başlayıb.
Qiymət Mahir
tag: İlon Mask,Tramp,ABŞ,DOGE,Todaypress.az,