WP: Avropa Ukraynada silah istehsalına sərmayə qoyur

Dünya

19.04.2025 13:06

13

Kiyevin avropalı müttəfiqləri Ukraynada silah istehsalına sərmayə qoymağı düşünür.   

TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

Bildirilib ki, ABŞ tərəfindən göndərilən silahların ehtiyatları azalıb və Avropa Vaşinqtonun yardımını dayandırması halında bu boşluğu doldurmaqda çətinlik çəkə bilər.

Buna səbəb uzun müddət davam edən yardımlar nəticəsində öz ehtiyatlarının tükənməsidir. 

Avropa rəsmisi qeyd edib ki, bu halda NATO-ya üzv ölkələr Ukraynada pilotsuz təyyarələr kimi silahların istehsalına başlayacaq. 

Türkan İsgəndərli

tag: Avropa,Ukrayna,Silah,İstehsal,Sərmaye,Todaypress.az,