WP: Ukrayna Kurskda təchizat xətlərini itirdiyini açıqladı

Dünya

11.03.2025 11:57

1879

Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin təchizat yollarını bağlayıb və bu səbəbdən Ukrayna hərbçiləri çox çətin vəziyyətdədir.   

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 82-ci ayrı-ayrı desant-hücum briqadasının hərbçisi "The Washington Post"a məlumat verib. 

"Vəziyyət çətindir, çünki təchizat marşrutlarına nəzarət edirlər. Rusiya hərbçiləri hər tərəfdən təzyiq göstərir” deyə ukraynalı hərbçi nəşrə müsahibəsində əlavə edib. 

Töhfə Səməd

tag: Ukrayna,Rusiya,Kursk,Təchizat,Todaypress.az,