WSJ: ABŞ və Ukrayna fevralın 22-də müqavilə imzalaya bilər
Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın təbii ehtiyatlarından istifadəyə dair sazişi imzalaya bilərlər.
TodayPress xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşır.
Bildirilib ki, hələlik yekun razılıq əldə olunmayıb, lakin razılaşmanın şənbə günü imzalanması mümkündür.
Sənədin məzmunu ilə bağlı heç bir məlumat verilməyib.
tag: Vaşinqton,Kiyev , Ukrayna, ABŞ ,Todaypress.az,