WSJ: ABŞ yerli qrupların Husilərə qarşı quru əməliyyatına dəstək verəcək
ABŞ Yəməndə "Ənsar Allah" (Husi) hərəkatına qarşı yerli qrupların quru əməliyyatına dəstək verməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Yəmən milisləri ABŞ-nin yaraqlıların imkanlarını zəiflədən bombardmanının nəticələrindən yararlanmağa çalışaraq husilərin mövqelərinə qurudan hücum planlaşdırır" hesabatda deyilir.
ABŞ-nin yerli qüvvələrin quru əməliyyatını dəstəkləməyə hazır olduğunu bildirdiyi və özəl amerikalı podratçıların artıq husilərə qarşı çıxan Yəmən qrupları ilə ilkin məsləhətləşmələr apardığı bildirilir.
Nəşrin məlumatına görə, əməliyyat ideyası Amerika rəsmilərinə bu qruplara sponsorluq edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təklif olunub.
Qeyd olunur ki, gələcək əməliyyatın əsas vəzifəsi husiləri Qırmızı dəniz sahillərindən və hərəkatın İrandan silah aldığı Hodeyda limanından sıxışdırıb çıxarmaq olacaq.
Töhfə Səməd
tag: ABŞ,Yəmən,Husi,Qırmızı dəniz,todaypress.az,