WSJ: İran nüvə sazişinə qayıda bilər
İran 2015-ci il nüvə sazişi çərçivəsində uranın zənginləşdirilməsi üzrə öhdəliklərinə qayıtmağa hazırdır. Bunun üçün Tehran bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir.
TodayPress xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Bildirilib ki, rəsmi Tehran ABŞ-dən atom proqramı ilə bağlı sanksiyaların sürətli şəkildə yumşaldılmasını, dondurulmuş milyardlarla dollar dəyərində aktivlərə çıxışın təmin edilməsini və Çin şirkətlərinə İran neftinin alınması ilə bağlı təzyiqlərin dayandırılmasını istəyir.
“İran 2015-ci il razılaşmasında nəzərdə tutulan zənginləşdirmə səviyyələrinə qayıtmağa hazırdır” deyə məqalədə qeyd olunur.
Xatırladaq ki, aprelin 12-də Omanda İranın xarici işlər naziri və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff arasında dolayı danışıqlar baş tutub. İran XİN-in açıqlamasına görə, tərəflər bir həftə sonra yenidən görüşməyə razılaşıblar.
Qiymət Mahir
tag: İran,Nüvə,Tehran,ABŞ,Atom,todaypress.az,