WSJ: Rusiya Avropa ilə münaqişəyə hazırlaşır

Dünya

28.04.2025 10:10

14

Rusiya Silahlı Qüvvələrinin Avropa ilə sərhəddə artan fəallığı region ölkələrində narahatlıq doğurur. 

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Bildirilir ki, Moskva NATO ilə mümkün toqquşmaya hazırlaşır və bu istiqamətdə ciddi hərbi və infrastruktur tədbirləri görür.

Nəşr qeyd edir ki, Qərb hərbi və kəşfiyyat rəsmiləri bu prosesləri Rusiya ordusunun gələcəkdə NATO ilə qarşıdurmaya hazırlaşması kontekstində qiymətləndirirlər. 

Əlavə olunub ki, Qərb bu ehtimalı ciddi qəbul edərək, öz müdafiə planlarını və sərhəd təhlükəsizliyini yenidən nəzərdən keçirməyə başlayıb.

Türkan İsgəndərli

tag: Rusiya,Avropa,Sərhəd,Müharibə,todaypress.az,