WSJ: Tramp məlumatların sızmasından narahatdır

Dünya

27.03.2025 12:46

2737

ABŞ prezidenti Donald Tramp administrasiyasının Yəməndə husilərə qarşı keçirdiyi əməliyyatla bağlı “Signal” messencerində baş verən məlumat sızıntısından narazılığını gizlədib. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” ( WSJ ) qəzeti mənbələrə istinadla yazıb. 

Qəzetin məlumatına görə, Tramp yaxın çevrəsinə narazılığını bildirib, lakin strateji qərar olaraq bu hisslərini ictimaiyyətə bəyan etməməyi seçib:

“Tramp bu hadisədən narahatdır, lakin əsəblərini büruzə verməmək və mövzuya açıq reaksiya verməmək qərarına gəlib” deyə nəşr yazır. 

Bildirilir ki, Tramp bu vəziyyətdən “The Atlantic” jurnalına qarşı hücum üçün istifadə etməyi planlaşdırır.  Xatırladaq ki, sızıntının mərkəzində məhz jurnalın baş redaktoru Ceffri Qoldberq olub.

O, səhvən ABŞ rəsmilərinin məxfi “Signal” qrupuna əlavə olunub və Yəmən əməliyyatı ilə bağlı məxfi müzakirələrin şahidinə çevrilib. 

Hadisə ABŞ Konqresində tənqidlə qarşılanıb və məsələ ilə bağlı rəsmi araşdırmaya başlanılıb. Ağ Ev məlumatların həqiqiliyini təsdiqləsə də, milli təhlükəsizliyə birbaşa təhdid olmadığını bəyan edib. 

Qeyd edək ki, bu, son günlər Tramp administrasiyasında yaşanan ən ciddi kommunikasiya böhranlarından biri kimi qiymətləndirilir. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Məlumat,Sızıntı,Narahat,Todaypress.az,