"X" bir milyard cərimələnə bilər

Dünya

04.04.2025 10:15

2510

Avropa İttifaqı amerikalı milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsini bir milyard dollardan çox cərimələyə bilər. 

TodayPress xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Bildirilib ki, buna səbəb "X"in Avropa İttifaqında qadağan olunan kontenti silməkdən imtina etməsi olub. 

Qərarın yaxın vaxtlarda təsdiq ediləcəyi gözlənilir. 

Türkan İsgəndərli

tag: X,Milyard,Dollar,Cərimə,Todaypress.az,