Xamənei 15 mindən çox məhbusu əfv etdi
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei 15 mindən çox
iranlı məhbusun əfv edilməsinə, cəzasının yüngülləşdirilməsinə və cəzasının
çəkilməyən hissəsinin azaldılmasına razılıq verib.
TodayPress “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 26-da İranın məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei bildirib.
Məlumata
görə, Xamənei Ejeinin Ramazan bayramı ilə bağlı müraciətinə razılıq verib.
tag: İran, Əfv, Məhbus, Xamənei, todaypress.az,