Xamenei daha bir göstəriş verdi

Dünya

14.04.2025 17:22

14

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei hərbi komandirlərlə görüşdə silahlı qüvvələrin hazırlığını yüksəltməyə çağırıb.   

TodayPress xəbər verir ki, bu barədə "İSNA" məlumat yayıb.   

Məlumatda bildirilib ki, Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlardan bir gün sonra Xamenei yüksək səviyyəli hərbi komandirlərlə görüşüb.

O, maksimum hazırlığın saxlanması və sursat imkanlarının artırılmasının vacibliyini vurğulayıb. 

Türkan İsgəndərli

tag: İran,Seyid Əli Xamenei,Ordu,Göstəriş,Todaypress.az,