Xanna: "Trampın iqtisadi anlayışı yoxdur"

Dünya

14.04.2025 10:36

13

"ABŞ prezidenti Donald Trampın administrasiyasında 21-ci əsr iqtisadiyyatı anlayışı yoxdur". 

TodayPress xəbər verir ki, bunu Kaliforniyadan olan Demokrat konqresmen Ro Xanna deyib. 

Onun sözlərinə görə, administrasiya 19-cu əsr iqtisadiyyatı ilə qərar verir.   

O, həmçinin vurğulayıb ki, Ağ Evin yerli istehsalın inkişafı təşəbbüsü artıq iflasa uğrayıb.

Konqresmenin fikrincə, smartfon və kompüterlərin tariflərdən azad edilməsi məhz bu səbəbdəndir. 

Xatırladaq  ki, Tramp administrasiyası smartfonları və bir sıra digər cihazları tarif məhdudiyyətlərinə məruz qalan mallar siyahısından çıxarıb. 

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Demokratlar,Ro Xanna,Todaypress.az,