Xərçəng xəstəsi olan aparıcı saçlarını kəsdirdi

Dünya

17.03.2025 18:30

894

2024-cü ildə xərçəng diaqnozu qoyulan türkiyəli aparıcı Nursel Ergin saçlarını kəsdirib.

TodayPress xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşıb.

“Bunlar keçəcək. Bunları paylaşıram ki, motivasiya olasınız və özünüzü prosesə hazırlayasınız. Güclü olun. Özünüzü daim motivasiya edin. Hər şey yaxşı olacaq. Yalnız sən özünü xilas edə bilərsən” deyə o paylaşımda yazıb.  Ergin bu anı heç vaxt unutmayacağını bildirib. 44 yaşlı aktrisa artıq kimyaterapiya aldığını da diqqətə çatdırıb.

Türkan İsgəndərli

tag: Türkiyə,Aparıcı,Xərçəng,Nursel Ergin,todaypress.az,