"Xiaomi" işçilərini istismar etməkdə ittiham olunur

Dünya

25.04.2025 15:40

11

İşçiləri Çin texnologiya nəhəngi "Xiaomi"ni onları həddindən artıq uzun saatlarla işləməyə məcbur etməkdə ittiham edir.

TodayPress xəbər verir ki, bu barədə "Gizmo China" məlumat yayıb.

"Xiaomi" işçilərinin gündə ən azı 11,5 saat masalarında vaxt keçirməyə məcbur olduqları ortaya çıxıb.

Şirkət əməkdaşları bu vəziyyəti mediaya da təsdiqləyiblər. Onların sözlərinə görə, şirkətin tələb etdiyi qədər işləməyənlər rəhbərlik tərəfindən danlanır və bəzi hallarda işdən çıxmaq təklifi ilə üzləşirlər.

İddialara əsasən, iş qrafiki "Xiaomi"nin müxtəlif bölmələrində dəyişir.

Bəzi əməkdaşlar gündə minimum 10,5 saat, digərləri isə 15 saata qədər işləyirlər. Bu tələblər isə rəsmi sənədlərdə qeydə alınmır və əsasən şifahi şəkildə bildirilir. Bundan əlavə, əməkdaşlar şirkətin məzuniyyət vermədiyini də açıqlayıblar.

İşçilərin iddiasına görə, bu rejim artıq təxminən iki ildir mövcuddur, lakin vəziyyət indi geniş ictimailəşib.

"Xiaomi" bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Türkan İsgəndərli

tag: Xiaomi,Texnologiya,İstismar,İş,todaypress.az,