Xo: "Ukraynanın bərpası ABŞ nəzarətinə keçəcək"
Ukraynanın müharibədən sonrakı bərpasını “Wall Street”, Amerika bankları və hərbi-sənaye şirkətləri həyata keçirəcək. Onlar artıq Kiyevlə müvafiq razılaşmalar imzalayıblar.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Metyu Xo “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu proses Ukrayna üçün “əsl talan”a çevriləcək:
“Ölkəni tam satış və nəzarət gözləyir”.
Xo həmçinin bildirib ki, Rusiya ordusu Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarıb və bu səbəbdən Kiyevin Moskva üzərində təzyiq mexanizmləri qalmayıb.
Onun fikrincə, Ukrayna əvvəlki kimi neytral statusa qayıtmaq məcburiyyətində qala bilər, lakin bu, radikal qüvvələrin ciddi müqaviməti ilə qarşılaşacaq.
Qiymət Mahir
tag: Ukrayna,ABŞ,Bərpa,Nəzarət,todaypress.az,