Xorvatiyanın Baş naziri ürək əməliyyatı keçirdi- YENİLƏNDİ
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ürəyindən əməliyyat olunub.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Əməliyyat uğurla keçib. Onun yaxın vaxtlarda evə buraxılacağı bildirilir.
Qeyd edək ki, 54 yaşlı Baş nazir nadir rast gəlinən xoşxassəli ürək aritmiyasına görə xəstəxanaya yerləşdirilib.
Aritmiya – ürək yığılmalarının sayının, ritminin və ardıcıllığının pozulmasıdır.
Türkan İsgəndərli
***
17:15
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ürək ritminin pozulması səbəbidən Zaqreb Xəstəxana Mərkəzində müalicə alıb. Həkimlər onun üçün zəruri prosedurları həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə “HINA” məlumat yayıb.
Bildirilib ki, Plenkoviçin vəziyyəti təhlükəli olmayıb. Həkimlər onun martın 15-də xəstəxananı tərk edəcəyini gözləyirlər.
Qiymət Mahir
tag: Xorvatiya,Baş Nazir,Andrey Plenkoviç,İnfarkt,Todaypress.az,