Yaponiya 5-ci dəfə "H3" raketini buraxdı

Dünya

03.02.2025 18:58

1335

Yaponiya Kaqoşima prefekturasının cənubundakı Taneqaşima Kosmik Mərkəzindən "Michibiki 6" naviqasiya peykini daşıyan "H3" raketini kosmosa göndərib. 

TodayPress xəbər verir ki, bu barədə "Space News" nəşri məlumat yayıb.

"H3" buraxılışı bu raket üçün beşinci olub. "Kvazi-Zenit Peyk Sistemi" (QZSS) peyki kimi də tanınan 1900 kiloqramlıq "Michibiki 6" kosmik gəmisi aşağı Yer orbitinə uğurla buraxılıb.

Töhfə Səməd

tag: Yaponiya ,Kaqoşima,Taneqaşima Kosmik Mərkəzi,Michibiki 6,H3,