Yaponiya ABŞ-nin çağırışlarına cavab verdi
"Yaponiya müdafiə xərclərini digər ölkələrin tələblərini nəzərə almadan müstəqil şəkildə müəyyənləşdirəcək".
TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri Şiqeru İşiba məlumat verib.
“Yaponiya müdafiə xərclərini özü müəyyən edəcək. Bu, başqa ölkələrin diktəsi ilə müəyyən edilməməlidir” deyə o bildirib.
Qeyd edək ki, İşiba Büdcə Komitəsinin iclasında ABŞ müdafiə nazirinin siyasət üzrə müşaviri namizəd Elbridce Colbinin Yaponiyanın hərbi xərclərini ÜDM-in 3 faizinə çatdırmaq çağırışına cavab verib.
Onun sözlərinə görə, Tokio xərclərin səviyyəsini müstəqil şəkildə təyin edəcək.
Töhfə Səməd
tag: ABŞ,Yaponiya,Baş Nazir,Şiqeru İşiba,Büdcə,Todaypress.az,