Yaponiya ABŞ-nin yeni ticarət rüsumlarına görə narahatdır

Dünya

12.03.2025 19:08

2760

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi ABŞ-nin yeni əlavə tariflər tətbiq etməsi və Yaponiyanı bu məhdudiyyətlərdən azad etməməsi ilə bağlı təəssüfünü bildirib. 

TodayPress xəbər verir ki, bu barədə o, mətbuat konfransında çıxış edib. 

Onun sözlərinə görə, bu cür geniş ticarət məhdudiyyətləri Yaponiya-ABŞ iqtisadi əlaqələrinə, qlobal iqtisadiyyata və çoxtərəfli ticarət sisteminə ciddi təsir göstərə bilər.

Hayaşi vurğulayıb ki, Tokio Vaşinqtona Yaponiyadan idxal olunan poladın ABŞ-nin milli təhlükəsizliyi üçün heç bir risk yaratmadığını çatdırıb. Qeyd edək ki, ABŞ fevralın 12-də bütün polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib.

Qiymət Mahir

tag: Yaponiya,ABŞ,Ticarət,Rüsum,Todaypress.az,