Yaponiya ABŞ-yə ticarət rüsumlarına görə nota verdi

Dünya

03.04.2025 15:12

1693

Yaponiya hökuməti ABŞ-nin idxal məhsullarına tətbiq etdiyi yeni gömrük rüsumlarına kəskin etiraz edib. Tokio Vaşinqtondan bu qərarın ləğvini tələb edib. 

TodayPress xəbər verir ki, bu barədə Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Yodzi Muto açıqlama verib.   

O, ABŞ-nin tarif qərarlarını “son dərəcə təəssüf doğuran” adlandıraraq, bu tədbirlərin Yaponiyaya şamil olunmamasını tələb edib.   

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi isə mətbuat konfransında bəyan edib ki, ABŞ-nin rüsum qərarları nə Dünya Ticarət Təşkilatının prinsiplərinə, nə də Yaponiya-ABŞ ikitərəfli ticarət razılaşmasına uyğun gəlir.

Onun sözlərinə görə, Tokio Tramp administrasiyasının Yapon məhsullarına 24 faizlik rüsum tətbiqi barədə qərarını dərhal ləğv etməsini israrla tələb edir. 

Qiymət Mahir

tag: ABŞ,Yaponiya,Rüsum,Nota,Todaypress.az,