Yaponiya Baş naziri: “Əgər lazım olsa, Trampla şəxsən görüşəcəyəm”
Yaponiyanın baş naziri Şigeru İsiba bəyan edib ki, gömrük tarifləri ilə bağlı ölkəsinin mövqeyini ABŞ prezidenti Donald Trampa birbaşa çatdırmaq üçün Vaşinqtona səfər etməyə hazırdır.
TodayPress xəbər verir ki, o, bu barədə parlamentin büdcə komissiyasının iclasında deputatların suallarını cavablandırarkən danışıb.
İsiba amerikalı tərəfdaşlarla müxtəlif səviyyələrdə danışıqların davam etdiyini vurğulayıb:
“Əgər zərurət yaranarsa, mən ABŞ prezidenti Donald Trampla şəxsən danışıqlar apararam. Hələlik bu barədə yekun qərar yoxdur, amma mən Vaşinqtona mümkün qədər tez getməyə hazıram”.
Baş nazir bir daha təəssüflə qeyd edib ki, Yaponiya hələ də tariflərdən azad olunmayıb.
O bildirib ki, rəsmi Tokio bu məsələ ilə bağlı Vaşinqtonu inandırmaq səylərini davam etdirəcək:
“Yaponiya ABŞ ilə ticarətdə heç bir qeyri-ədalətli addım atmır. Bunu ABŞ tərəfinə aydın şəkildə çatdırmaq lazımdır”.
Qiymət Mahir
tag: Yaponiya,Baş Naziri,Şiqeru İşiba,ABŞ,Tramp,Todaypress.az,