Yaponiya Baş naziri: “Qəzzadan yaralılar qəbul etməyin yolunu axtarırıq”
Yaponiya Baş naziri İşiba Şigeru ölkəsinin Qəzza sakinlərinə yardım planları ilə bağlı Nümayəndələr Palatasının Büdcə Komitəsində çıxış edib.
TodayPress xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
İşiba bildirib ki, hökumət İsrail hücumlarında yaralanan və xəstələnənlərə yardım göstərmək üçün fəaliyyətini davam etdirir.
O əlavə edib ki, hazırda yaralı və xəstələri Yaponiyaya qəbul etməyin yolunu tapmaq üçün intensiv iş aparılır.
Bundan əlavə, İşiba Qəzzalı tələbələrin Yaponiya universitetlərində təhsil alması üçün xüsusi proqramın başlanacağını vurğulayıb.
Qiymət Mahir
tag: Yaponiya ,İşiba Şigeru,Qəzza,Təhsil ,Todaypress.az,