Yaponiya hipersəs raketlərinə qarşı relsli silah hazırladı

Dünya

12.05.2025 19:40

12

Yaponiya, Çin və Şimali Koreyanın hipersəs raketlərinə qarşı müdafiə üçün nəzərdə tutulan relsli silahı sınaqdan keçirməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Bildirilir ki, relsli silah, elektromaqnit kütlə sürətləndiricisi olaraq, iki metal bələdçi boyunca keçən mərmiləri sürətləndirir.

Beləliklə, mərmi altı "Mach" sürətinə çata bilir və kinetik döyüş başlığı ilə hipersəs sürətində hərəkət edən hədəfləri məhv etmək məqsədini daşıyır.

Türkan İsgəndərli

tag: Silah,Raket,Hipersəs,Yaponiya,todaypress.az,