Yaponiya Marsa qurğu göndərəcək

Dünya

03.04.2025 10:54

1932

Yaponiya Kosmik Agentliyinin Kosmik və Astronavtika Elmləri İnstitutu Marsa eniş aparatının göndərilməsi imkanlarını öyrənməyə başlayıb.   

TodayPress xəbər verir ki, bu barədə "Space News" nəşri məlumat yayıb. 

İnstitutun baş direktoru Masaki Fujimotonun sözlərinə görə, eniş üçün şişmə sürətləndiricilərdən istifadə variantı nəzərdən keçirilir. 

 "Biz bu yaxınlarda belə bir qənaətə gəldik ki, bizim əsas texnologiyamız ola bilər" icraçı bildirib. 

Nəşr qeyd edir ki, Yaponiya tərəfinin təklif etdiyi texnologiya 2022-ci ildə uğurla sınaqdan keçirilmiş Amerikanın Aşağı Yer Orbitində Uçuş Testi (LOFTID) layihəsini xatırladır. 

Töhfə Səməd

tag: Yaponiya,Mars,Peyk,Kosmos,Todaypress.az,