Yaponiya öz avtomobillərinin ABŞ-nin yeni tariflərindən azad edilməsini tələb edir

Dünya

19.02.2025 13:00

922

ABŞ prezidenti Donald Trampın məhsullara 25 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra Yaponiya ABŞ-nin avtomobillərinə tətbiq etdiyi rüsumlar məsələsini gündəmə gətirib. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, Ağ Evin bu cür addımları Yaponiya iqtisadiyyatına ciddi təsir göstərə bilər.  Eyni zamanda, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, Tokio ABŞ hökuməti ilə danışıqlarda bu məsələni qaldırıb. 

Bundan əlavə, xarici işlər naziri Takeşi İvaya həmkarı Marko Rubio ilə vəziyyəti müzakirə edib. 

Həmçinin, Yaponiya Trampın yeni tariflərindən azad edilməsini istəyib. 

Bununla belə, Tokionun yapon avtomobillərini bu tariflərdən azad edə biləcəyi hələlik məlum deyil.

Nicat Osman

tag: Yaponiya,ABŞ,Rüsum,Avtomobil,Todaypress.az,