Yaponiya Rusiya təyyarəsinə görə qırıcıları havaya qaldırdı
Yaponiya Müdafiə Qüvvələrinin qırıcıları Rusiyaya məxsus İl-20 kəşfiyyat təyyarəsini müşayiət etmək üçün havaya qalxıb.
TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, İl-20 təyyarəsi ötən gün Yapon dənizi akvatoriyası üzərində Hokkaydo və Honsyu adalarının qərb sahilləri boyunca uçuş həyata keçirib və daha sonra materik istiqamətinə dönüb.
Buna cavab olaraq Yaponiyanın Şimal Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb.
tag: Yaponiya,Rusiya,Qırıcı,Müşahidə,Todaypress.az,