Yaponiya Trampın tarif qərarını “milli böhran” adlandırdı
ABŞ prezidenti Donald Trampın Yaponiyadan idxal olunan məhsullara tətbiq etdiyi 24 faiz rüsum Tokio tərəfindən kəskin reaksiya ilə qarşılanıb.
TodayPress xəbər verir ki, Yaponiya baş naziri Siqeru İsiba bu qərarı “milli böhran” adlandırıb və ölkənin iqtisadi təhlükəsizliyi üçün ciddi risk olduğunu bildirib.
“Bu tədbirləri milli böhran kimi qiymətləndirmək olar. Hökumət bütün tərəflərlə birlikdə nəticələrin yumşaldılması üçün əlindən gələni edir” deyə baş nazir parlamentdəki çıxışında qeyd edib.
Baş nazir Trampla danışıqlarda sakit və təmkinli yanaşmanın vacibliyini vurğulayıb.
Yerli KİV-lərin məlumatına görə, Yaponiya rəsmiləri İsiba ilə Tramp arasında telefon danışığı təşkil etməyə çalışıriar.
Qiymət Mahir
tag: ABŞ,Yaponiya,Tramp,Tarif,Todaypress.az,