Yaponiya Ukraynaya yardım missiyasına qoşulacaq
Yaponiyanın Müdafiə Nazirliyi NATO-nun Ukraynaya hərbi təchizat və qoşunların təlimi üzrə koordinasiya missiyasına qoşulmaq niyyətindədir.
TodayPress "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı məlumat verib.
Bildirilib ki, bu addım NATO ilə müdafiə sahəsində əməkdaşlığın və mübadilələrin inkişafına töhfə verəcək və “Avro-Atlantik və Hind-Sakit Okean regionlarında təhlükəsizliyin bölünməzliyi” prinsipi əsasında əməkdaşlıq davam etdiriləcək.
Qeyd edək ki, Rutte aprelin 10-dək Yaponiyada səfərdədir.
Aysel Mətləb
tag: Yaponiya,Ukrayna,Missiya,Mark Rutte,Todaypress.az,